Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
İmzalanma mərasimində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak edib.
Ən vacib ticarət və logistika marşrutlarından birinə çevrilə biləcək dəmir yolu xəttinin Suriya, İordaniya, İraq və Səudiyyə Ərəbistanını birləşdirəcəyi və Omana qədər uzadıla biləcəyi gözlənilir. Məqsəd qlobal ticarət üçün strateji tranzit yolu olan Hörmüz boğazını keçəcək alternativ dəhliz yaratmaqdır. Əslində, Körfəzi Avropa ilə birləşdirən yeni bir ticarət dəhlizi yaradılır.
Dəməşqdən Mədinəyə gedən 1322 kilometrlik dəmir yolu 1900-1908-ci illər arasında Sultan II Əbdülhəmidin hakimiyyəti dövründə inşa edilib. Məqsədlərdən biri paytaxt İstanbulu vahid dəmir yolu şəbəkəsi vasitəsilə müsəlmanların müqəddəs torpaqları ilə birləşdirmək idi. Birinci Dünya müharibəsindən sonra dəmir yolu bir neçə hissəyə bölünüb və sonradan əhəmiyyətini itirib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


