İsraildə xərçəngə qarşı yeni metod tapılıb

İsraildə xərçəngə qarşı yeni metod tapılıb
  10 İyun 2026    Oxunub:163
İsrail Texnologiya İnstitutunun alimləri kimyaterapiya və digər dərmanlardan istifadə etmədən şişlərin böyüməsini ləngidə bilən nanohissəciklər hazırlayıblar.
İsrailin TPS-IL informasiya agentliyinin məlumatına görə, araşdırmanın nəticələri “ACS Nano” jurnalında dərc olunub.

Tədqiqat xüsusilə aqressiv hesab olunan üçqat mənfi süd vəzi xərçənginə yönəlib.

Siçanlar üzərində aparılan təcrübələrdə nanohissəciklərin şişin böyüməsini ləngitdiyi və immun hüceyrələrinin tərkibini dəyişdirdiyi müəyyən edilib.

Alimlər bildirirlər ki, metod hələlik ilkin mərhələdədir və klinik tətbiq üçün əlavə tədqiqatlara ehtiyac var.


Teqlər: Tibb   Səhiyyə   İsrail  



Xəbər lenti