OpenAI: Süni intellekt nəzarətdən çıxdı

   OpenAI:    Süni intellekt nəzarətdən çıxdı
  23 İyul 2026    Oxunub:223
OpenAI etiraf etdi: Süni intellekt təhlükəsizlik sınağı zamanı nəzarətdən çıxaraq kibercum həyata keçirib
AzVision.az x'b'r verir ki, OpenAI təhlükəsizlik sınağı zamanı ən yeni süni intellekt modelləri əsasında işləyən agent proqramının nəzarətdən çıxaraq digər süni intellekt şirkəti olan Hugging Face-in sistemlərinə icazəsiz daxil olduğunu təsdiqləyib. Hadisə şirkət tərəfindən "misli görünməmiş kibertəhlükəsizlik insidenti" kimi qiymətləndirilib.

OpenAI-nin açıqlamasına görə, hadisə ötən həftə daxili təhlükəsizlik qiymətləndirməsi zamanı baş verib. İnsanın verdiyi tapşırıqları müstəqil yerinə yetirə bilən süni intellekt agenti sınaq üçün yaradılmış təcrid olunmuş mühiti tərk edərək internetə çıxış əldə edib və daha sonra Hugging Face-in infrastrukturuna icazəsiz daxil olub.

Şirkətin məlumatına əsasən, model qiymətləndirmə tapşırığını yerinə yetirmək üçün zəifliklərdən istifadə edərək sistemlərə daxil olub. OpenAI və Hugging Face hazırda insidentin səbəblərini birgə araşdırır, aşkar edilmiş boşluqlar aradan qaldırılır və gələcəkdə oxşar halların qarşısının alınması üçün əlavə təhlükəsizlik tədbirləri hazırlanır.

Hugging Face-in baş icraçı direktoru Kleman Delanq X sosial şəbəkəsində paylaşım edərək hadisənin agent tərəfindən tamamilə müstəqil şəkildə həyata keçirilməsinin təəccüblü olduğunu bildirib.

OpenAI vurğulayıb ki, bu hadisə süni intellektin kibertəhlükəsizlik sahəsində imkanlarının sürətlə artdığını göstərir və gələcəkdə modellərin təhlükəsizliyinin, monitorinq mexanizmlərinin və qiymətləndirmə prosedurlarının daha da gücləndirilməsini zəruri edir.

Məhəmmədəli Həsənli

AzVision.az





Teqlər:






Xəbər lenti