12 qəsəbədə iki gün su olmayacaq

12 qəsəbədə    iki gün su olmayacaq
  28 İyul 2026    Oxunub:291
Bakının və Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində iki gün ərzində içməli suyun verilişində fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı və Goradil qəsəbələri, Corat bağ massivi, həmçinin Bakının Sabunçu rayonunun Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən, istismar müddəti başa çatmış qəzalı magistral su xəttinin bir hissəsi yenisi ilə əvəz olunur.

Bununla əlaqədar olaraq, iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatlarınadək qeyd olunan ərazilərin su təminatında fasilə yaranacaq.

ADSEA müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.


Teqlər:






Xəbər lenti