Güclü külək iki nəfəri xəstəxanalıq etdi
Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hər iki ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
Saat 07:55 radələrində Səbail rayonu, Xəqani küçəsi ərazisində qeydə alınan çağırış zamanı bir qadın təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Saat 10:25 radələrində isə Nizami rayonu, Atletlər kəndi ərazisində qeydə alınan çağırış zamanı bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


