Millətlər Kubokunda Azərbaycanı kim təmsil edir?

Millətlər Kubokunda Azərbaycanı kim təmsil edir?
  10 İyun 2026    Oxunub:215
Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Dünya Millətlər Kuboku start götürüb.
Ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisi də mübarizə aparır. Dünya Millətlər Kubokunda Aydın Şahbazov, Həsrət Məmmədov (hər ikisi 46 kiloqram), Nihat Məmmədli (48 kiloqram), Rüstəm Nəsibov (50 kiloqram), İsmayıl Nəsirzadə (52 kiloqram), Elcan Musazadə (54 kiloqram), Əli Camalzadə (57 kiloqram), Əli Abaslı (60 kiloqram), Vəkil Qurbanov (63 kiloqram), Hidayət Məmmədov (70 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram), Şükar Əliyev (80 kiloqram) və Mehran Rəsulova (+80 kiloqram) qüvvələrini sınayacaqlar.

Bu gün səfərə yollanan milli iyunun 15-də Bakıya qayıdacaq. Yarışda final döyüşləri iyunun 14-də olacaq. Ölkəmizi turnirdə Fərhad Rəhmanov hakim kimi təmsil edəcək.


Teqlər: Boks   İdman  



Xəbər lenti