Daha sonra Azərbaycanda olmağından məmnunluğunu ifadə edən Kardinal Kuvakad səmimi qəbula və dini icmalar arasında mövcud olan münasibətlərlərə görə dərin minnətdarlığını bildirdi. Dinlərarası Dikasteriyanın rəhbəri Azərbaycanla Vatikan münasibətlərinə də toxundu: “İllər ərzində Müqəddəs Taxt-Tac ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət və əməkdaşlıq əsasında davamlı şəkildə inkişaf etmişdir.
Müqəddəs İohan Pavelin 2002-ci ildə, Papa Fransiskin isə 2016-cı ildə Azərbaycana səfərləri, həmçinin çoxsaylı görüşlər icmalarımız arasındca əlaqələri daha da möhkəmləndirmişdir. 2011-ci ildə imzalanmış ikitərəfli saziş və ötən il dini əməkdaşlıq sahəsində imzalanmış anlaşma memorandumu münasibətlərimizin müham mərhələləridir. Bu sənədlər dialoqun sadəcə fikir mübadiləsi deyil, anlaşma, etimad və əməkdaşlığa aparan yol olduğunu, ortaq inamımızI təsdiqləyir.” Daha sonra Milli Məclisin sədr müavini Musa Qasımlı və millət vəkili Səməd Seyidov çıxış etdilər. Rəsmi hissədən sonra Bütün Qafqazın Şeyxinin adından ali qonağın şərəfinə ziyafət verildi.
Qeyd edək ki, Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti, Kardinal Corc Kuvakad iyunun 16-da Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyevlə Kardinal Kuvakad arasında ikitərəfli əlaqələr müzakirə olunub. İyunun 17- və 18-də Dikasteriya rəhbəri ,Şəki və Qəbələ şəhərlərinə gedərək orada mövcud olan tarixi memarlıq abidələri və qədim alban kilsələrinə baş çəkib.







Vaxtında, Aydın, Lazımlı!


