Gürcüstanla ticarət dövriyyəmiz artıb

Gürcüstanla ticarət dövriyyəmiz artıb
  19 İyun 2026    Oxunub:199
Cari ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 10 milyard 439,5 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, xarici ticarətdə ixracın həcmi 19,8 faiz artıb və 3 milyard 107,7 milyon dollar təşkil edib. İdxalın həcmi isə 1,9 faiz azalaraq 7 milyard 331,9 milyon dollar təşkil edib.

2026-cı ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarətində 4 milyard 224,2 milyon dollar məbləğində mənfi saldo yaranıb. Bu da xarici ticarət dövriyyəsinin 40,5 faizini təşkil edir.

Hesabat dövründə Gürcüstanın ən böyük ticarət tərəfdaşları sırasında birinci yerdə Türkiyə qərarlaşıb (1 milyard 387,5 milyon dollar). Rusiya 1 milyard 232,1 milyon dollar ilə ikinci, Çin 1 milyard 177,2 milyon dollar ilə üçüncüdür.

Bu ilin yanvar-may aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi isə 570 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur.

Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,5 faiz paya malikdir.


Teqlər: Gürcüstan  



Xəbər lenti