Günəş enerjisi, at gücü: Çinin heyrətamiz layihəsi

      Günəş enerjisi, at gücü:    Çinin heyrətamiz layihəsi
  19 İyun 2026    Oxunub:273
Çin Kubuki səhrasını 400 kilometrlik təmiz enerji zolağına çevirib. Burada yerləşən “Junma Solar Power Station” hər il təxminən 2 milyard kilovat-saat elektrik enerjisi istehsal edir. Amma onun başqa maraqlı cəhəti də var.
“Landsat 8” və “Landsat 9” peyklərinin çəkdiyi yeni şəkillərdə günəş panellərinin arasında nəhəng qaçan at təsviri diqqəti cəlb edir. Şəhər boyda olan bu fiqur günəş panellərindən yaradılmış ən böyük təsvir kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Günəş panelləri arasında yerləşən nəhəng qaçan at sadəcə təsirli dizayn elementi deyil. O, Çinin enerji təhlükəsizliyi sahəsində qarşıya qoyduğu məqsədlərə nə qədər sürətlə yaxınlaşdığının, eyni zamanda iqlim öhdəliklərini yerinə yetirməyə çalışdığının simvoluna çevrilib.

Cari onilliyin sonunadək bu enerji kompleksi hər il Pekin–Tyanjin–Hebey regionunu 40 milyard kilovat-saat ekoloji təmiz elektrik enerjisi ilə təmin etməlidir. Çinin iddialı planına əsasən, bu ərazidə 100 min meqavat günəş enerjisi istehsal gücünün yaradılması nəzərdə tutulur. Bunun üçün uzunluğu təxminən 400 kilometr, eni isə təxminən 5 kilometr olan enerji dəhlizi inşa edilir.


Teqlər: Günəş-enerjisi   Çin  



Xəbər lenti