Gömrük qanunvericiliyi təkmilləşdirilir

Gömrük qanunvericiliyi təkmilləşdirilir
  19 İyun 2026    Oxunub:199
Bu gün Milli Məclis Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Qanun layihəsi üzrə dəyişiklik və əlavələr gömrük qanunvericiliyinin əksər norma və müddəalarını əhatə edir.
Layihənin qəbulu idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunmasında, Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılmasında, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsində, yükdaşımaların keyfiyyətinin yüksəldilməsində, yüklərin çatdırılma müddətinin azaldılmasında, gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin daha da təkmilləşdirilməsində, gömrük nəzarətinin risk əsasında həyata keçirilməsində, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsində, xarici ticarətin asanlaşdırılmasına şəraitin yaradılmasında, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsində mühüm rol oynayacaq.

Qanun layihəsi, həmçinin məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsinə, gömrük nəzarəti və rəsmiləşdirilməsinə sərf olunan vaxt itkisinin aradan qaldırılmasına, ölkənin iqtisadi və milli təhlükəsizliyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılmasına, gömrük tənzimləmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimləmə vasitələrinə uyğunlaşdırılmasına və gömrük işi üzrə digər istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcək.



Teqlər: Gömrük  



Xəbər lenti