Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
  19 İyun 2026    Oxunub:2183
“Azercell Telekom” MMC “Premium” tarifləri çərçivəsində təqdim etdiyi əlavə üstünlükləri zənginləşdirməyə davam edir.
Bu dəfə şirkət “Premium” və “Premium+” tariflərinin istifadəçiləri üçün yeni tərəfdaşlıq kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər Atəşgah Sığorta-nın “Səyahət sığortası” xidmətindən 20% endirimlə yararlana biləcəklər. Xarici səfərlər zamanı yarana biləcək müxtəlif risklərə qarşı təminat təqdim edən bu xidmət Azercell abunəçilərinə daha rahat və təhlükəsiz səyahət təcrübəsi qazandırır.
Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı"

“Premium” və “Premium+” tariflərinin abunəçiləri kampaniyadan yararlanmaq üçün “Azercell” tətbiqinin “Eksklüziv təkliflər” bölməsindəki “Atəşgah Səyahət Sığortası” banneri vasitəsilə müraciət edə bilərlər.

Kampaniya haqda ətraflı məlumat əldə etmək üçün bura daxil olun.


Teqlər: Azercell  






Xəbər lenti