Kolumbiya Universitetində Novruz tədbiri baş tutub

Kolumbiya Universitetində Novruz tədbiri baş tutub
  26 Mart 2024    Oxunub:1151
ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur Kolumbiya Universitetində Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə Novruz bayramı qeyd olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az -a bildiriblər ki, tədbirə Nyu-Yorkda, eləcə yaxın ştatlarda yaşayan gənclər qoşulublar.

Azərbaycanlı gəncləri bir araya gətirmək, milli adət-ənənələri tanıtmaq məqsədilə təşkil olunmuş tədbirdə ölkəmizin mətbəxinə aid müxtəlif təamlar, milli şirniyyatlar və Novruz bayramının əsas atributları təqdim edilib, hədiyyəli müsabiqə keçirilib.

Azərbaycan-Amerika Gənclər Federasiyası təşkilatı 2023-cü ilin iyul ayında ABŞ-də rəsmi qeydiyyatdan keçib. Təşkilatın məqsədi gənclərin səmərəli fəaliyyət göstərməsinə nail olmaq, onların akademik, peşəkar və şəxsi inkişafına töhfə vermək, Azərbaycan mədəniyyəti və dəyərlərini, eləcə də ölkəmizin həqiqətlərini yerli ictimaiyyətə çatdırmaqdır.

AzVision.az


Teqlər: ABŞ   Azərbaycan   Novruz   tədbir   gənclər  





Xəbər lenti