Bu gün İstanbul derbisi var

Bu gün İstanbul derbisi var
  27 Aprel 2024    Oxunub:490
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.
AzVision.az xəbər verir ki, 34-cü turda "Fənərbaxça" evdə "Beşiktaş"ı qəbul edəcək. Şükrü Saracoğlu adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşün baş hakimi Volkan Bayarslan olacaq.

Bu komandalar arasında keçirilən son matçda "Fənərbaxça" 3:1 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Fənərbaxça" 86 xalla 2-ci, "Beşiktaş" isə 51 xalla 4-cüdür.

Türkiyə Superliqası, 34-cü tur:


"Fənərbaxça" - "Beşiktaş"

Baş hakim: Volkan Bayarslan

Şükrü Saracoğlu adına İdman Kompleksi
AzVision.az



Teqlər:





Xəbər lenti