Gəncədə futbolçular döyüldü , saxlanılanlar var

 Gəncədə  futbolçular döyüldü , saxlanılanlar var
  09 May 2024    Oxunub:864
Mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb.
DİN- Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun “Qafqazinfo”ya verdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinənlər — şəhər sakinləri B. Əhmədov, S. Qasımov və R. Əhmədov saxlanılıb.

Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir.

Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcəkdir.

Xatırladaq ki, Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçının final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüblər. Oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum edib. İnsident zamanı “Qəbələ”nin iki futbolçusu xəsarət alıb.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti