İcra başçısının müavini vəfat etdi

İcra başçısının müavini vəfat etdi
  09 May 2024    Oxunub:621
Şəki şəhər icra hakimiyyəti başçısının müavini dünyasını dəyişib.
AzVision.az Report-a istinadən xəbər verir ki, Zərinə Cavadova mayın 9-da səhər saatlarında yaşadığı evdə xəstəlikdən vəfat edib.

Məlumata görə, 64 yaşlı xanım müavin son illər onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub. Tanınmış pedaqoq, tarix elmləri namizədi olan Zərinə Cavadova 2006-cı ildən Şəki şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.

AzVision.az



Teqlər:





Xəbər lenti