"Dedilər ki, Putini dəvət etsələr, biz gəlməyəcəyik"

   "Dedilər ki, Putini dəvət etsələr, biz gəlməyəcəyik"
  29 Mart 2024    Oxunub:634
Fransa prezidenti Emmanuel Makron bildirib ki, rusiyalı həmkarı Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitinə dəvət edilməsi məsələsini müzakirə etməyi zəruri hesab edir.
O, bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında danışıb.

“Kimin nə düşündüyünü, başqaları ilə necə işlədiyini soruşmaq həmişə faydalıdır. Axı bu klubların məqsədi odur ki, hər şey digər 19 üzvlə razılaşdırılmalıdır. Dəvət olunan şəxsin azadlığı ilə hamıya hörmət arasında tam uyğunluq budur”, - Makron deyib.

O, Fransanın Breqanson şəhərində keçiriləcək G7 sammitinə hazırlıq zamanı eyni sualla üzləşdiyini xatırladıb. Onun sözlərinə görə, həmin vaxt bir sıra görüş iştirakçıları cənab Putini dəvət etsələr, gəlməyəcəklərini bildiriblər. Eyni zamanda Emmanuel Makron qeyd edib ki, onun Braziliya prezidentinə “dərs vermək” hüququ yoxdur və sammitə kimi dəvət edəcəyinə özü qərar verməlidir.

May ayında Lula da Silva Vladimir Putinlə telefon danışığı aparıb. Braziliya prezidenti rusiyalı həmkarını 2024-cü ildə keçiriləcək G20 sammitinə dəvət edəcəyinə söz verib. O, cənab Putinlə yaxşı münasibətdə olduğunu bildirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti