"Qarabağ" üçün çempionluq oyunu

   "Qarabağ" üçün çempionluq oyunu
  29 Mart 2024    Oxunub:889
Bu gün Misli Premyer Liqasında 28-ci tura start veriləcək.
AzVision.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə 3-cü yerdəki "Neftçi" autsayder "Qəbələ"nin qonağı olacaq. Görüş saat 16:30-a başlayacaq.

Digər oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşacaq. Ağdam təmsilçisi bu gün çempionluğu rəsmiləşdirə bilər. Bunun üçün Qurban Qurbanovun komandasına 1 xal da kifayət edir. "Qarabağ" bu gün uduzmasa, son 8 turun nəticəsindən asılı olmayaraq, tarixində 11-ci dəfə Azərbaycan çempionu olacaq.

Qeyd edək ki, 28-ci tura 30 və 31 mart tarixlərində keçiriləcək oyunlara yekun vurulacaq.

29 mart (cümə)

16:30. “Qəbələ” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu

19:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu
AzVision.az


Teqlər:





Xəbər lenti