Erməni politoloq xalqı tənqid etdi: "Görün nə ilə təskinlik tapırıq..."

      Erməni politoloq xalqı tənqid etdi:    "Görün nə ilə təskinlik tapırıq..."
  30 Aprel 2024    Oxunub:738
Siyasi şərhçi Akop Badalyan erməni xalqının xəyallar, mənasız təskinliklərlə yaşaması, reallıqları dəyərləndirə bilməməsini tənqid edib.
AzVision.az xəbər verir ki, o, "Mamul" nəşrinə açıqlamasında ölkədə yaranmış xaosu, sərhəddə baş verən hadisələri şərh edərkən cəmiyyətin beynəlxalq aləmə boş yerə güvənməsini də qınayıb: “İllər keçəcək və erməni xalqı başına gələnlərə baxmayaraq, "Blinkenin Bakını danladı", "Azərbaycana xəbərdarlıq etdi" kimi təskinliklərlə yaşamağa davam edəcək.

Ermənistanda polis zorakılığı - Jurnalistlərə güc tətbiq edilir - VİDEO
Əvvəlki 30 il ərzində cəmiyyətimiz üçün bu təskinliklərin mənbəyi Rusiya idi. İndi isə sıralamada ABŞ birinci olacaq. Bəlkə də Hindistan və ya Çin növbəti təskinlik mənbəyimiz sayılacaq".

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Politoloq   Xalq  





Xəbər lenti