Təcridxanaya dolmanın içində narkotik keçirmə cəhdinin qarşısı alınıb
02 May 2024
Oxunub:580
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Xidmətdən AzVision.az -a verilən məlumata görə, həbs olunmuş şəxs Əşrəf Vüqar oğlu Əşrəfliyə qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı dolmaların içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 2,070 qram marixuana aşkarlanıb.