Hikmət Hacıyev Avropa Komissiyasının direktoru ilə görüşüb - FOTO

   Hikmət Hacıyev Avropa Komissiyasının direktoru ilə görüşüb -    FOTO
  02 May 2024    Oxunub:681
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Fariz Rzayev ölkəmizə səfərə gələn Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupmanla görüşüblər.
AzVision.az xəbər verir ki, AK direktoru bu barədə "X" hesabından bildirib.

Məlumata görə, görüşdə COP29, minatəmizləmə və s. məsələrlə bağlı müzakirə aparılıb.

"(Görüş - red.) Cənubi Qafqazda yaşıl enerji, regional əlaqə və sülhlə bağlı müsbət gündəm yaratmaq üçün mühüm fürsətdir", - Avropa Komissiyası rəsmisi vurğulayıb.

AzVision.az


Teqlər: Azərbaycan   Avropa-Komissiyası   görüş  





Xəbər lenti