"Delimitasiyanı tənqid edənlər hərbi münaqişəyə can atırlar" - Paşinyan

   "Delimitasiyanı tənqid edənlər hərbi münaqişəyə can atırlar" -    Paşinyan
  07 May 2024    Oxunub:638
Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanı xarici kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham edib.
Paşinyan deyib ki, delimitasiya prosesini tənqid edənlər ölkədə hərbi münaqişəyə və hakimiyyət dəyişikliyinə can atırlar. Onun fikrincə, bu, yalnız Ermənistan ərazisinin işğalı ilə mümkündür.

"Rəqiblərin növbəti addımı ölkənin dövlətçiliyinin və suverenliyinin məhvinə gətirib çıxaracaq qeyri-legitim marionet hökumətin qurulması olacaq. Belə bir ssenari açıq-aydın görünür".

Onun sözlərinə görə, bu xətti başqa ölkələrdə yerləşən “narkobaronlar” (Ermənistan Məhkəmə Aktlarının Məcburi İcra Xidmətinin keçmiş rəhbəri Mihran Poqosyan nəzərdə tutulur, red.), kriminal aləmin xarici kəşfiyyat xidmətləri üçün işləyən və onların göstərişlərini yerinə yetirən, təsir agenti kimi çıxış edən nümayəndələri dəstəkləyir.

Paşinyan təsir agenti dedikdə kimi nəzərdə tutduğuna da aydınlıq gətirib: “Mən Artur Vanetsyandan danışıram”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti