İtkin düşən şəxslərin 253 nəfəri Ermənistanda saxlanılırmış - Eldar Səmədov

   İtkin düşən şəxslərin 253 nəfəri Ermənistanda saxlanılırmış -    Eldar Səmədov
  30 Aprel 2024    Oxunub:1089
"Birinci Qarabağ Müharibəsində itkin düşənlərdən 872 nəfərin əsir götürülməsi məlumdur".
AzVision.az -ın məlumatına əsasən, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində İşçi qrupun rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, bunu hadisə şahidlərinin, əsirlikdən qayıdan vətəndaşların məlumatı təsdiq edir.

"Onlardan 253 nəfəri Ermənistanda saxlanılırmış. Birinci Qarabağ Müharibəsindən sonra beynəlxalq təşkikatlar vasitəsi ilə onların taleyi ilə bağlı məlumat tələb etmişik. Ermənistan tərəfinin aidiyyəti qurumu ilə bununla bağlı işləməyə hazırıq. Ancaq Ermənistan bunu inkar edir".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti