`Azərbaycan-2020: vergi sisteminin gələcəyi` Ulu Öndər Heydər Əliyevin ən böyük əsəridir

`Azərbaycan-2020: vergi sisteminin gələcəyi` Ulu Öndər Heydər Əliyevin ən böyük əsəridir
  22 May 2014    Oxunub:1602
`Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik` .

Azərbaycan Respublikasının Ulu Öndəri Heydər Əliyev

1991-ci il oktyabrın 18-də istiqlaliyyətini bərpa etmək şansı qazanmış Azərbaycanın ilkin mərhələdə uzləşdiyi ağır və murəkkəb proseslər təsdiqləmişdir ki, mustəqilliyi yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yuksək idarəcilik səriştəsi sayəsində qoruyub saxlamaq olar.

Bu mənada, 1993- cu ilin iyun ayınadək respublikanın mustəqilliyi şərti mahiyyət kəsb etmiş, xalqımız demokratik, huquqi və iqtisadi cəhətdən inkişaf edən dovlətdə yaşamaq arzusunu tam gercəkləşdirə bilməmişdi. Həmin zaman kəsiyində olkə iqtisadiyyatında tənəzzul prosesi dərinləşir, inflasiyanın səviyyəsi gunu-gundən yuksəlir, əhalinin sosial rifah halı pisləşir, olkənin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə yonumundə səmərəli addımlar atılmırdı. 1991-1993-cu illərdə olkə iqtisadiyyatında umumi daxili məhsul hər il orta hesabla 16,5 faiz aşağı duşurdu. Tənəzzul meyili sənayedə xususilə kəskin xarakter almışdı: 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991- ci ildə 10, 1992-ci ildə 37, 1993-cu ildə 50 faizə qədər azalmışdı. Olkə istehsal potensialının 23 faizini itirmiş, 1992- ci ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artmışdı.

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar;
• 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü;
• 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

1993-cü ildən etibarən Azərbaycan Respublikasının Ulu Öndəri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, 1995- ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur.

Azərbaycanın təkmil vergi sisteminin qurulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində vergi siyasətində köklü dəyişikliklər aparılmış, vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması əsas məsələ kimi qarşıya qoyulmuşdur.

Müstəqil Azәrbaycanın ilk vergi orqanı olaraq Maliyyә Nazirliyinin tәrkibindә 1990-cı ilin iyul ayında yaradılmış Baş Dövlәt Vergi Müfәttişliyi Ulu Öndərin təşəbbüsü ilə 2000-ci il 11 fevral tarixli Fәrmanla lәğv edilmiş, onun bazasında ölkәdә dövlәtin vergi siyasәtinin hәyata keçirilmәsini, dövlәt büdcәsinә vergilәrin vә digәr daxilolmaların vaxtında vә tam yığılmasını tәmin edәn vә bu sahәdә dövlәt nәzarәtini hәyata keçirәn mәrkәzi icra hakimiyyәti orqanı kimi Vergilәr Nazirliyi yaradılmışdır.

Ulu öndər Heydər Əliyevin bilavasitə tağşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanmışdır. Bu layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında dəfələrlə müzakirə edilmiş, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi barədə dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına kömək etmişdir.

Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm elementlərindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş vermişdir. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək, dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük vermişdir ki, bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sisteminin tətbiq olunmasıdır.
Ölkədə iqtisadi islahatlar dərinləşdikcə, vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsi zərurəti meydana çıxırdı. Vergi qanunvericiliyində mövcud olan bir sıra boşluqlar istər vergi ödəyicilərində, istərsə də vergi xidməti orqanlarında haqlı narazılıqlar doğururdu.

Məhz belə şəraitdə ümummilli liderin rəhbərliyi və diqqəti ilə ölkənin vergi sisteminin yenidən təşkil edilməsinə başlanıldı. Vergi münasibətlərinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının bilavasitə tapşırığı ilə Nazirlər Kabineti bir sıra qərarlar qəbul etdi.


Bunlara misal olaraq «Azərbaycan Respublikası ərazisində əhali ilə nağd pul hesablaşmalarının aparılmasına nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında» 18 iyul 1995-ci il, «Vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi barədə» 19 dekabr 1996- cı il, «Mənfəət vergisinin ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən subyektlər haqqında» 31 mart 1997-ci il, «Azərbaycan Respublikası ərazisinə gətirilən minik avtomobillərinin aksiz vergisinə cəlbedilməsi haqqında» 16 aprel 1997-ci il, «Müəssisə və təşkilatların avans vergi məbləğlərinin hesablanması və ödənilməsi haqqında» 1 may 1997-ci il, «Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən bəzi xərclərin tənzimlənməsi haqqında» 3 iyul 1997-ci il tarixli qərarları göstərmək olar.

Özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə ümummilli liderin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara uzun müddətli vergi tətillərinin verilməsinə başlandı və bu proses hazırda da davam edir. Bu gün kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azaddırlar.

Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur". Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.

Onu da qeyd etmək lazımdır ki, vergi orqanlarında aparılan struktur və kadr islahatlarında vergi xidməti əməkdaşlarının maddi rifahının yüksəldilməsinə də xüsusi diqqət göstərilib. Ulu öndər vergi orqanlarında xidməti dövlət qulluğunun xüsusi növü hesab edərək «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» fərman imzalamaqla bu sahəni xüsusi statuslu xidmət səviyyəsinə qaldırdı.

Bu gün vergi xidməti müasir idarəetmə standartlarına cavab verən insan resurslarından istifadə üzrə siyasəti həyata keçirir. Bu, işə qəbul prosesindən başlanmış, kadrların peşəkarlıq səviyyəsinin artırılması və inkişafı kimi bütün həlqələri əhatə etmişdir. Vergi inzibatçılığının müasirləşdirilməsinin digər istiqaməti kimi vergi ödəyicilərinə keyfiyyətli və operativ xidmətin göstərilməsi məqsədilə 2003-cü ildə Vergilər Nazirliyi tərəfindən «195» nömrəli vahid telefon-məlumat xidməti təsis edildi. Hazırda bu xidmət 2006-cı ilin may ayının 1-dən etibarən respublikanın bütün ərazisini əhatə edir.

Digər tərəfdən, informasiya-kommunikasiya texnologiyaları dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunmasında mühüm rol oynayır. Elektron xidmət dövlət qurumuna olan inamı möhkəmləndirir, eləcə də korrupsiya və süründürməçiliyin qarşısının alınmasına şərait yaradır. Eyni zamanda, bu proses vergi ödəyicilərinin də fəaliyyətinin şəffaflaşmasına, onlara yeni texnologiyalardan faydalanmağa və istifadəyə stimul verir.

Bu gün ölkəmizin dövlət büdcəsi get-gedə artmaqdadır. Bununda başlıca səbəbi ölkəmizdə həyata keçirilən tənzimləmə siyasətidir. Milli iqtisadiyyatın tənzimlənməsinin vergi siyasəti vasitəsi ilə ölkəmiz daha da inkişaf etmiş və Qərb ölkələrində mövcud olan böhranların təsiri azalmışdır. Ölkəmmizdə mövcud olan vergi mexanizminin köməkliyi ilə ölkəmizin prespektiv dövrünün proqnozlaşdırılması və planlaşdırılması həyata keçirmək mümkündür.

Ölkəni davamlı tərəqqi və yüksəliş yoluna çıxaran Prezident İlham Əliyevin bu və digər uğurlarının səbəbi təkcə onun öz fəaliyyətini ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm zəmin üzərində qurması ilə məhdudlaşmır. Burada ikinci mühüm amil cənab İlham Əliyevin müasir düşüncəli siyasi lider kimi yeni iqtisadi münasibətlər sisteminə dərindən bələd olması, modernləşməyə xidmət edən islahatları uğurla həyata keçirməsidir. Başqa sözlə, dövlət başçısı İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürütməsini, ən əsası inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.

İradə Cəlil

(Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün)



Teqlər:  





Xəbər lenti