“3 dəfə deputat seçilməyən Eldar Namazovdan prezident olmaz” – MÜSAHİBƏ

“3 dəfə deputat seçilməyən Eldar Namazovdan prezident olmaz” – MÜSAHİBƏ
  18 Aprel 2013    Oxunub:1709
“Mən özümü reklam etmirəm, işim-gücüm var”
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AzVision.az-a müsahibə verib. Müsahibəni sizə təqdim edirik:

- Siyavuş müəllim artıq prezident seçkisində iştirak etmək üçün namizədliyini irəli sürən siyasətçilər var. Yeni Azərbaycan Partiyası seçkiyə partiya sədri, dövlət başçısı İlham Əliyevin namizədliyi ilə gedəcəyini qeyri-rəsmi elan edib. YAP, hakimiyyət öz namizədini rəsmi formada nə vaxt elan edəcək?”

-Seçki Məcəlləsində seçkinin təyin olunma vaxtı var. Belə göstərilir ki, prezident seçkiləri təxminən oktyabr ayının 16-da keçiriləcək. Təxminən Azərbaycanda seçkilərə rəsmi start avqusutun 17-dən veriləcək. Rəsmi şəkildə seçkilərə start verilməsi Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunması və qəzetdə dərc edildikdən sonra artıq seçki prosesi başlayacaq. Adətən seçki prosesnə qədər müxtəlif addımlar atılır. Olur ki, müəyyən partiyalar bəyanat verir, öz namizədini irəli sürür və s. YAP–in Siyasi Şurası, İdarə Heyəti, partiya üzvləri, eləcə də Azərbaycan ictimaiyyəti də Azərbaycan Respublikasının prezidenti, YAP-ın sədri cənab İlham Əliyevi növbəti dəfə prezident olması barədə və seçilməsi istəyi ilə çıxış edir. Biz rayonlarda tədbirlər keçiririk, görüşlər keçiririk. Bütün insanların arzusu, istəyi bundan ibarətdir. Bununla əlaqədar da, seçkilərə rəsmi start verilən kimi rəsmi namizəd də irəli sürüləcək.

“İsa Qəmbərin seçicisi var ki, görüşür?”

Bu baxımdan da olur ki, kimsə axşam özünü evində elan edir ki, prezidentliyə namizədəm. Kimsə, dost tanışı yığır, bir çayxanada öz namizədliyini elan edir. Başqa birisi mətbuatda bildirir ki, namizəddir. Bunların heç biri reallığı əks etdirmir. Oxuyuram ki, prezidentliyə namizəd İsa Qəmbər seçicilərlə görüşüb. Birincisi qanunvericiliklə bu qadağandır. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə uyğun olaraq, öz fikrini bildirməlidir ki, seçki prosesi başlamayıb və seçiciylə necə görüşür? Ola bilər ki, tərəfdardaları, partiya üzvləri ilə görüşsün. Axı sənin seçicin yoxdur, seçici bəlli deyil. Hələ onun namizəd olub-olmayacağı da məlum deyil. Partiyası ona dəstək verəcək ya yox? Çünki partiyada fikir ayrılığı var. Bir dəfə partiyada iclas olub, 5-6 gənclər və qadınlar iştirak edib. Dedilər ki, İsa Qəmbəri namizəd elan edirik. Seçki prosesini yaxşı bilənlər məlumatlıdır ki, bu rəsmiləşdirilməlidir və rəsmi status almalıdır. Onun hüquqi əsasları olmalıdır. Burada 40 min imza toplamalısan, qeydiyyatdan keçməlisən, sənədlər təqdim etməlisən. O statusu aldıqdan sonr artıq prezidentliyə namizəd olursan. Ona görə də YAP məhz özünün seçki strategiyasına uyğun olaraq mərhələli şəkildə işlərini aparır. Vaxtı çatanda da namizədini rəsmi şəkildə elan edəcək.

-Dövlət başçısı İlham Əliyev də öz çıxışlarında namizədliyi haqqında heçnə deməyib...

-Təbii ki... Prezidentdə qanunauyğun şəkildə öz fikirlərini bildirir. Ölkənin prezidentidir, idarəçiliklə bilavasitə məşğuldur, ölkənin sosial problemləri, iqtisadiyyatı, xarici siyasəti ilə məşğuldur. Təbii ki, Azərbaycan cəmiyyəti tərəfdindən yenə deyirəm, yekdilliklə prezidentimiz dəstəklənir və növbəti mərhələdə də prezidentin namizədliyi irəli sürüləcək

“Müxtəlif qruplar arasında oyunlar oynamağa başladılar”

-ATƏT-in Bakı ofisi və Milli Demokratiya İnstitutu ilə bağlı müəyyən proseslər baş verdi. Hazırda vəziyyət necədir?

-Məsələ ondan ibarətdir ki, müəyyən qurumlar var ki, onlar qarşılarına qoyduğu məqsəd və vəzifələri yerinə yetirmir əksinə olaraq, məqsəd və vəzifənin əvəzinə ölkənin daxili işlərinə qarışırlar, həm də düzgün olmayan şəkildə qarışırlar. Ölkədə gedən proseslərə kömək əvəzinə pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Qeyri-qanuni yolla müəyyən təşkilatları maliyyələşdirirlər, onlara aid olmayan məsələlərlə məşğul olurlar. Milli Demokratika İnstitutu vaxtilə Azərbaycanda yaranmışdı ki, Azərbaycanda demokratik islahatlar aparsınlar. Mənim yaxşı yadımdadır ki, 1996-cı ildə Azərbaycanda yarandı, ilkin dövrlər də pis işləmirdi. Sonradan artıq onlar müxtəlif qruplar arasında oyunlar oynamağa başladılar. Məsələn, biz dəfələrlə deyirik ki, seminar keçmək istəyisinizsə, iqtidar da olsun, müxalifət də olsun, mərkəzçi də, solçu da, sağçı da.Yığışaq bir yerə, istənilən məsələni müzakirə edək. Onlar isə gizlincə müxalifəti yığır, başqa bir şey keçirlər, bizə isə başqa şeydən danışırlar. Yaxud da, müxalifətin yaratdığı QHT-lərə qrantlar vasitəsilə pul ayrırlar, təbii ki, bu qrantlar partiyaların maliyyələşməsinə gedir.

O cümlədən ATƏT-lə bağlı Xarici İşlər Nazirliyi də bəyanatı verdi. ATƏT-lə biz həmişə əməkdaşlıq eləmişik, bu gündə o əməkdaşlıq davam edir. Amma ATƏT seçkilərdə Azərbaycana qarşı qərəzli olur. Məsələn, elə götürək Ermənistan, Gürcüstandakı seçkiləri. Onların seçkilərindən fərqli olaraq, Azərbaycanda ATƏT-in mövqeyi həmişə qərəzli olub. Keçən dəfə ki, Ermənistanda seçkilərə görə neçə nəfər adam öldürüldü, bu dəfəkində isə prezdentliyə namizədlərdən biri güllələndi, terror aktına məruz qaldı. Heç demək olar ki, seçki keçirilmədi. Amma ATƏT-in rəyi onlar üçün həmişə müsbət olub. Belə baxanda, ATƏT-i heç ABŞ-da və Rusiyada prezident seçkilərində seçkiyə buraxılmadı. Biz dəfələrlə özümüz onlardan xahiş edirik ki, gəlin seçkini müşahidə edin. Verdikləri tövsiyyələri qəbul edirik. Burada səhv varsa, məsələn, hansısa məntəqədə nöqsan olursa, MSK həmin məntəqəni ləğv edib. ATƏT-in tövsiyyələrini həmişə nəzərə almışıq. Bunları nəzərdə aldıqca, onlar birazda qızışır. Elə bilir ki, ATƏT burada hansısa yüksək bir qurumdur. Seçki üçün uzun illər lazımdır. Azərbaycanda seçki strategiyasını formalaşdırır, bu gün nə Avropada nə də digər ölkələrdə Azərbaycan qədər azad, demokratik, ədalətli seçkilər keçirilmir. Yəni onların işləri ancaq ara qarışdırmaq, Azərbaycanın sərvətlərindən güzəştli şəkildə istifadə eləməkdir. Neçə ildir mən seçkiylə məşğulam və neçə ildir ki, bunun şahidiyəm. Seçki axşamı qurtarmamış, səhər tezdən onların yazılı bəyanatı artıq sotulun üstündə olur. Bu baxımdan da mən hesab eləmirəm ki, onların yanaşma tərzi tam düzgündür. Ona görə də, Azərbaycan öz mövqeyini ortaya qoyub ki, Azərbaycanın maraqlarına heç kəs toxuna bilməz. O günki müşavirədə də Prezident dedi ki, heç kim bizə göstəriş verə bilməz.



-Bəs onların fəaliyətini dayandırması məsələsi?

-Yox, fəaliyyətləri dayandırılmır. Söhbət fəaliyyətinin dayandırılmasından getmir. Söhbət ölkənin daxili işlərinə qarışmasından gedir. Bu məsələ də qarşılarına qoyulub ki, ölkənin daxili işlərinə qarışmasınlar.

-Seçki ili öncəsində ölkəyə müdaxilələr çoxmu olacaq və bunlar nə ilə yekunlaşacaq?

-Əlbəttə, müdaxilələr çox olacaq. Azərbaycanın iqtisadi uğurlarını istəməyən çoxlu dövlətlər, qüvvələr, şirkətlər və kəşfiyyat orqanları var. Bunların hər birinin yerlərdə nümayəndələri də var. Görürsünüz, göbələk kimi bir-bir ortaya çıxırlar. Birinin səsi ordan gəlir, birinin səsi burdan gəlir. Rəhim Qazıyev gedib gizlənmək əvəzinə, artıq Qraçovun (Pavel Qraçov – Rusiyanın keçmiş müdafiə naziri) nümayəndəsi orataya çıxıb. Artıq müracət edir, amma onun xalqın arasına çıxmağa üzü olmamalıdır, gedib evində gizlənməlidir. bu boyda vətən xaini hələ bu gün müraciət edir. Yəni bu cür adamlar olacaq. Biz bunu bilirik, məlumatlıyıq. Məsələn, Eldar Namazov kimi Rusiya kəşfiyyatına işləyən adamlar getdikcə ortaya çıxacaqlar. Amma əsas odur ki, xalqla hakimiyyət, dövlət, prezident bir yerdədir. Qalan o yandan, yörədən keçən insanların heç biri bu məsələlərdə oyun çıxara bilməz. Bir ildən artıqdır ki, Rüstəm İbrahimbəyov qızışıb düşübdür. İpin dartıblar artıq o da ortatadır. Hardan dartıblar, ip bəllidir, kim dartıb o da bəllidir. Söhbət ondan gedir ki, nə oldu Rüstəm İbrahimbəyov burada yubiley keçirtdilər, bütün tədbirlər oldu. Birdən-birə nə oldu? Seçki ərəfəsində Rüstəm İbrahimbəyovun gözü nöqsanları gördü? Xeyr, ona kim aylıq vəsait verirdisə, indi o həmin şəxs dedi ki, keç fəaliyyətə. Vəssalam...

-Azad Fikir Universiteti də bağlandı. Bununla bağlı müəyyən söz söhbətlər oldu. Necə düşünürsünüz, AFU bağlanmalı idi?

-Burada söhbət hər bir şeyin qanun çərçivəsində olmasından gedir. Əgər qanun çərçivəsində bir şey fəaliyyət göstərirsə, bu olmalıdır. Ondan sonra dedilər ki, nə bilim “NİDA” hərəkatı və digərləri. Onlar qanunsuz yola dəvət edirlər, qeyri-qanuni hərəkətlərə yol erməyə çağırırlar və bunlar da gedir. Bunun da nəticəsi olaraq, onlar məsuliyyətə cəlb olunurlar. Bu hansı partiyadan olmağından, sağçı, solçu və s. olmasından asılı deyil. Qanunu pozdunsa qanun qarşısında cavab verməlisən. Qanunun aliliyi hamı üçün bərəbərdir.

-Eldar Namazovda artıq namizədliyini verib. Onun namizədliyini necə qiymətləndirirsiniz? YAP-a güclü rəqib hesab etmək olar?

-Qəti şəkidə yox. Eldar Namazova 3 adam səs verib. O, bir dairədən 3 dəfə deputat seçilə bilmədiyi halda, necə prezidentiyə namizəd ola bilər? Ümumiyyətlə, bu adamın heç bir sosial bazası, heç bir elektratı yoxdur. Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunmur.Baxın, Ziyalılar Forumu, “El” hərəkatı, Milli Şura, İctimai Palata. Nə qədər toplananların yeri dəyişir, cəm dəyişmir, eyni adamdırlar.
Siyasi partiyalar, məsələn, AXCP, Müsavat və o biriləri cəmiyyət arasında hörmətdən düşüblər. Əgər sən siyasi partiyasansa, siyasi partiya kimi fəaliyyət göstər də. İctimai Palatada kim var? Yenə də Müsavatdır, onun müavinləridir, qəzet redaktorlarıdır və müxbirlərdir. O cümlədən də Xalq Cəbhəsi. 3 nəfər də hüquq müdafiəçisi. Onlar da dağılıb getdilər. Bu adı dəyişirlər ki, cəmiyyət arasında hansısa imic qazansınlar. Amma cəmiyyət də bilir ki, bunun tərkibində eyni adamlardır. Ad dəyişə bilər, amma adam dəyişmir.

-Seçki öncəsi müxalifətlə dialoq baş tuta bilər? Əli Həsənov da açıqlama vermişdi ki, seçkiqabağı müxalifətlə dialoq ola bilər

-Biz istənilən məsələdə dialoqa hazırıq. Amma bu gün müxalifətin potensialı yoxdur. Müxalifət tək bir-iki partiyadan ibarət deyil ki.. Müxalifət bu gün Milli Məclisdə də təmsil olunur, başqa-başqa yerlərdə də var. Bir neçə dəfə ümummilli məsələlərlə bağlı fikir mübadiləsi olub, biz müzakirə aparmışıq bir yerdə. Hətta bəyanat da imzalamışıq, amma ona da İctimai Palatada etiraz elədilər. Bir çoxları çıxıb getdi ki, nəyə görə Qarabağ məsələsinə görə siz birgə bəyanat imzalayırsınız. Bunlar üçün fərqi yoxdur, dövlət, xalq, millət, torpaq. Onlar üçün ancaq maraq var. Onlar kimlə gələcəklər dialoqa, kimləri var? 30 ildən artıqdır ki, 3-4 adam tutub bir partiyanı və yerdə qalanlar da hamısı jurnalist və digər insanlardır. Onların hesabına üzdə qalırlar. Onlar qəzet üzərində fəaliyyət göstərirlər. Onlar haqqında yazan jurnalistlər olmasa, onlar ümumilikdə yaddaşdan silib gedərlər.

“Etibar Məmmədov liderlikdən getdi, dünya dağılmadı ki?”

-Şəxsən özünüz müxalif düşərgəsində kiminlə oturub söhbət etmək istərdiniz? Sizin üçün müxalif düşərgədə maraqlı insanlar varmı?

-İndiki mərhələdə onların heç özlərinin arasında yekdillik yoxdur. İstər sədr müavini arasında, istərsə də ayrı-ayrılıqda onlar bir-birinə qarşı çox kəskin bir münasibətdədirlər. Üzdə ola bilər ki, bir partiyanı təmsil etsinər. Daxilən, isə tamamilə başqa-başqa insanlardır. Müxalifət partiyalarının bir çoxlarının müavinləri var ki, bu gün onlar hesab edilər ki, partiyaların rəhbərləri onları geri aparır. Dünyada belə bir praktika var ki, bir adam bir neçə dəfə uduzdusa, geri çəkilir. Azərbaycanda da belə nümunələr var. Məsələn, Etibar Məmmədov AMİP-in liderliyindən geri çəkildi, indi tamamilə başqa bir adamdır. Dünya dağılmadı ki? Bura peşə məktəbi deyil, dərnək deyil. Bura siyasi partiyadır. əgər görürsən ki, bu gün sən öz partiyanla mövcud ictimai siyasi vəziyyətə cavab vermirsənsə, geri çəkilməlisən. Bizdə isə partiya rəhbərləri buranı iş, qazanc yerinə çevirirlər. Onlarda ona görə də yekdillik yoxdur. Bu baxımdan onlardan kimlə danışasan, nə danışasan. Onların heç biri hansısa məsələni həll edə bilməz.

-Sərdar Cəlaloğlu çağırış edib ki, özünü müxalif sayan hər kəs gəlsin, birgə tədbir keçirək, müzakirələr edək

-O çağırır. Amma indi heç Sərdar Cəlaloğlunun özünü yaxına buraxan yoxdur. Bir qrup bir qrup partiyanı monopoliyaya çevirib. İctimai Palataya ADP-ni və digər partiyaları buraxmadılar. Sual olunur, bunu sən haradan gətirmisən? İctimai Palatanı sənə vəkalətnamə ilə veriblər? Çünki, bilirlər ki, bu partiyalar ora daxil oldusa, görəcəklər ki, ortada ədalətli müzakirə getmir. Ona görə də səs qırağa çıxmasın deyə, öz ətraflarında olan adamlardan başqasını ora yaxın buraxmırlar.

-İndi söhbət gedir ki, AXCP seçkilərdə Eldar Namazovu dəstəkləyə bilər
- AXCP-də ümumiyyətlə adam var ki? Onların tərkibindən 8 partiya yaranıb. İndi orada qalan Əli Kərimlidir, sürücüsüdür, köməkçisidir. Bir-iki nəfər də olsun, kimsə var. Amma dördüncü, beşinci adamın adını çəkmək mümkün deyil.

“İrana “Türkmənçay” lazım deyil”

-İranın Türkmənçay müqaviləsi ilə bağlı məsələsi artıq hamıya məlumdur. İranın bu qədər qərəzli olmasının səbəbi nədir&

-Bununla bağlı artıq tarixçilər öz fikirlrəini bildirdilər. Mən güman edirəm ki, orada aranı qızışdıran bir neçə adam var. Bu İran dövlətinin marağı deyil. İrana bu heç sərf eləmir, bu günki gündə belə bir məsələnin qaldırıması da hesab edirəm ki, irana lazım deyil. Çünki onların indi kifayət qədər problemi var.

-Nardaran hadisələrinin İranla bağlılığı ola bilərmi?

-O da var, bəziləri deyir ki, sosial problemlər var. Bunların hamısını indi hüquq-mühafizə orqanları araşdırır. Ondan sonra bununla bağlı məlumat verəcəklər.

-Niyə iqtidar sosial şəbəklərdə aktiv deyil? Halbuki müxalifətin bütün üzvləri bundan təbliğat vasitəsi kimi istifadə edirlər

-Yox, sosial şəbəkələrdə bizim çox böyük ativliyimiz var. Məsələn, “Qələbə 2013”-ün 400 mindən çox üzvi var. Bizim hamımız sosial şəbəklərdə varıq. Biz sosial şəbəkələrdə başqalarının da iştirakına şərait yaradırıq. Lakin onlar, özlərindən başqa bir əks fikir gələn kimi dərhal dostluqdan çıxardılar, imkan vermirlər. Birincisi, ona cavab verməyə gücləri çatmır, ikincisi də qorxur. Əsasən sosial şəbəkədə xaricdən oturan insanlar aktivlik göstərirlər.

-Sizin özünüzün Facebook-da profiliniz varmı?

-Varımdır, iştirak edirəm. Mən orada elan verməyəcəm ki, nə yazıram, nə edirəm. Onlar özlərini reklam üçün edirlər. Mənim kifayət qədər işim var, öz işimlə məşğulam.

Sevinc İltifatqızı
Fotolar Elnur Abdullanındır


Teqlər:  





Xəbər lenti