Gənclər və İdman Nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub

Gənclər və İdman Nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub
  09 Oktyabr 2024    Oxunub:260
Gənclər və İdman Nazirliyində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zəhra Zümrüd Səlçukla görüş olub.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, nazir Fərid Qayıbov gənclər siyasəti və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Baş direktor isə öz növbəsində rəhbəri olduğu qurumun fəaliyyəti haqqında danışıb.

Görüşdə nazirliklə SESRIC arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti