Rubio İsrailin qanun layihəsini tənqid edib

Rubio İsrailin qanun layihəsini tənqid edib
  23 Oktyabr 2025    Oxunub:959
Birləşmiş Ştatların fikrincə, İsrail Knessetində (parlament) İordan çayının qərb sahilində suverenliyin genişləndirilməsi ilə bağlı baxılan qanun layihəsi Qəzza zolağında münaqişənin dayandırılmasına dair razılaşmalara birbaşa təhlükə yaradır.
AzVision.az xəbər verir ki, İsrailə səfərindən əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında belə deyib.

“Jurnalistlərlə söhbətində Marko Rubio Yaxın Şərqdən kənar dövlətlərin Qəzza zolağında təhlükəsizliyin təminatı üçün beynəlxalq sabitləşdirmə qüvvələrinin formalaşdırılmasında iştirak etməyə hazır olduğunu vurğulayıb”, - “Reuters” və “Axios” portalının yaydıqları məlumatda bildirilir.

Qahirə: “Qəzzada tək qalmaq istəmirik”
ABŞ-nin Dövlət katibi, eyni zamanda, Fələstinin HƏMAS hərəkatının tərəfdarlarının anklavdakı rəqiblərinə qarşı törətdiyi zorakılıq hərəkətlərini pisləyib.

Xatırladaq ki, bundan əvvəl İsrail Knessetinin mətbuat xidməti parlamentin birinci oxunuşda İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinə İsrailin suverenliyinin genişləndirilməsini nəzərdə tutan iki qanun layihəsini təsdiqlədiyini açıqlayıb.

İyulun 23-də İsrail parlamentinin 20 üzvdən 71-i lehinə, 13-ü isə əleyhinə səs verməklə, hökuməti İordan çayının qərb sahilinə ölkənin suverenliyini genişləndirməyə çağıran bəyannamə qəbul edib.

Yeri gəlmişkən, Misir hakimiyyəti, öz növbəsində Qəzza zolağında sülhün təminatı üçün beynəlxalq sabitləşdirmə qüvvələrinin formalaşdırılmasında yalnız ABŞ-nin rəhbərliyi şərti ilə iştirak etməyə hazır olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rubio   İsrail   tənqid  



Xəbər lenti