"Azərreyl" MOİK-ə qalib gəlib

"Azərreyl" MOİK-ə qalib gəlib
  15 Aprel 2024    Oxunub:641
Bu gün kişi voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinin ilk görüşü baş tutub.
AzVision.az xəbər verir ki, "Azərreyl" Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində MOİK-lə üz-üzə gəlib. Görüş "dəmiryolçular"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab qarşılaşması aprelin 17-si saat 15:00-da keçiriləcək.

Aprelin 16-da yarımfinalın digər görüşü "Murov Az Terminal" və "Neftçi" komandaları arasında baş tutacaq.

AzVision.az


Teqlər: idman   voleybol  





Xəbər lenti