Ermənistanda polis zorakılığı - Jurnalistlərə güc tətbiq edilir - VİDEO

      Ermənistanda polis zorakılığı    - Jurnalistlərə güc tətbiq edilir    - VİDEO
  29 Aprel 2024    Oxunub:1096
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından sonra sərhədyanı ərazilərlə yanaşı İrəvanda da etirazlar keçirilir.
Aksiyalar zamanı polislə vətəndaşlar arasında toqquşmalar baş verir. Yerli media, siyasətçilər hüquq-mühafizə xidməti əməkdaşlarının dinc aksiya keçirən etirazçılara qarşı zor tətbiq etməsi barədə xəbərlər yayır.

Etirazçı qadın erməni polisləri döyüb qaçdı
Məsələn, Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan polisin artıq prosesləri hadisə yerindən işıqlandıran media nümayəndələrinə də güc tətbiq etməsi barədə məlumat yayıb. O, sosial şəbəkələrdə bununla bağlı video paylaşıb. “Polisin “New Day” media orqanının operatoruna və “LragirNews”un jurnalisti Ani Nerkararyana qarşı qanunsuz hərəkətləri hakimiyyətin mətbuat və media nümayəndələrinə münasibətinin ən yaxşı nümunəsi oldu", - o yazıb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Aksiya  





Xəbər lenti