ABŞ Husilərin pilotsuz təyyarəsini vurub

   ABŞ Husilərin pilotsuz təyyarəsini vurub
  30 Aprel 2024    Oxunub:567
ABŞ ordusu Qırmızı dənizdə Husilərin pilotsuz təyyarəsini vurub.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Bundan əlavə, husilər Malta bayrağı altında üzən Yunanıstanın gəmisinə üç ballistik raket və üç pilotsuz təyyarə atıblar. Məlumata görə, gəmi və ekipaj üzvləri xəsarət almayıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti