İctimai iaşə müəssisələrində pozuntular aşkarlanıb

İctimai iaşə müəssisələrində pozuntular aşkarlanıb
  30 Aprel 2024    Oxunub:688
144 ticarət və 160 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AzVision.az -a verilən məlumata görə, pozuntular Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar aparılan monitorinqlər nəticəsində üzə çıxarılıb.

Yoxlamalar aprelin 22-29-da 158 ticarət və 171 ictimai iaşə müəssisəsində həyata keçirilib.

Nəzarət tədbirləri COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir. İlkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi üçün müvafiq qiymətləndirmə keçirilib, sahibkarlarla bu istiqamətdə maarifləndirilmə işləri aparılıb. Eyni zamanda, sözügedən qiymətləndirmədə iştirak edəcək müfəttişlərə tədbirlə əlaqədar müxtəlif mövzularda təlimlər keçirilir.

AzVision.az


Teqlər: AQTA   monitorinq  





Xəbər lenti