Hökumət rabitəsi ilə təmin olunan şəxslərin siyahısı genişləndirilib

   Hökumət rabitəsi ilə təmin olunan şəxslərin siyahısı genişləndirilib
  30 Aprel 2024    Oxunub:700
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan şəxslərin siyahısı genişləndirilib
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısındakı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə rəisləri, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi rəisinin müavini və departament rəisləri" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisləri, Xidmətin Milli Qvardiyası komandanının birinci müavini” ilə əvəzlənib.

Siyahıya həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisləri və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin idarə rəisləri əlavə edilib.

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısındakı dəyişiklikdə isə siyahıya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti üzrə baş idarə rəislərinin müavinləri, idarə rəisləri və onların müavinləri, müstəqil şöbələrin rəisləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi üzrə idarə rəislərinin müavinləri, müstəqil şöbələrin rəisləri əlavə edilib.

AzVision.az


Teqlər: Prezident   fərman  





Xəbər lenti