ANAMA sədri minatəmizləmə üzrə beynəlxalq görüşdə iştirak edir - FOTOLAR

ANAMA sədri minatəmizləmə üzrə beynəlxalq görüşdə iştirak edir -    FOTOLAR
  30 Aprel 2024    Oxunub:781
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərliyindəki nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərinə işgüzar səfərə gedib.
AzVision.az xəbər verir ki, nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə Qurumlararası Koordinasiya Qrupu və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin birgə təşkilatçılığı ilə Minatəmizləmə üzrə Milli Direktorların və Birləşmiş Millətlər Təşkilatı Müşavirlərinin cari ilin 29 aprel - 1 may tarixlərində keçirilən 27-ci Beynəlxalq Görüşündə iştirak edir.

27-ci Beynəlxalq görüşdə nümayəndə heyəti “Həyatın qorunması. Sülhün qurulması” əsas mövzusu altında minatəmizləmə fəaliyyəti sahəsinin üzləşdiyi aktual problemlərlə bağlı müzakirələrə qatılıb.

Tədbirlər çərçivəsində 30 aprel tarixində Agentlik və BMT-nin İnkişaf Proqramı tərəfindən “Minatəmizləmə fəaliyyətində milli nailiyyətlər – inkluziv yanaşma və DİM-lər” mövzusunda yan tədbir təşkil edilib.

Yan tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin insanların sağlamlığına, yaşam mühitinə, ətraf mühitin çirklənməsinə təhlükə yaratmasını, regionun inkişaf səylərinə əhəmiyyətli dərəcədə mənfi təsirini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması və onun fəsadlarının azaldılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər və əldə edilən nailiyyətlərə dair məlumat təqdim edib. Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasından söz açan Agentliyin sədri mina təhlükəsi ilə mübarizə təşəbbüslərinin effektiv və davamlı şəkildə həyata keçirilməsi üçün inklüziv yanaşmaların vacib olduğunu vurğulayıb.

Yan tədbir çərçivəsində mina təhlükəsi ilə mübarizə fəaliyyətinin dayanıqlı inkişaf üzrə təşviq edilməsi, partlayıcı sursatların mədəniyyət nümunələrinə mənfi təsirləri, habelə gender və inklüziv yanaşmalar vasitəsilə mina təhlükəsi ilə mübarizə istiqamətində fəaliyyətlərin gücləndirilməsi mövzularında panel müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb.

AzVision.az

Qalereya




Teqlər: ANAMA   BMT   tədbir  





Xəbər lenti