Mal-qaradan qorxan erməni xüsusi təyinatlıları - VİDEO

 Mal-qaradan qorxan erməni xüsusi təyinatlıları    - VİDEO
  02 May 2024    Oxunub:1799
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər daha çox Tavuş vilayətində kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar.
Bu gün isə İrəvan polis qüvvələrini, xüsusən də qara beretli xüsusi təyinatlıları Kirants kəndinə cəlb edərək aksiya iştirakçılarına divan tutub.

"Polis bizi vəhşicəsinə döyür" - Aksiyada saxlanılan 31 ermənidən biri
Kəndə giriş-çıxış bağlanıb. Kirantslılar polisləri təhqir edir, sosial şəbəkələrdə aşağılayıcı videolar paylaşırlar. Belə paylaşımlardan biri sosial şəbəkələrin erməni seqmentində trendə çevrilib.

Qohar Vardanyan adlı kirantslı profilində paylaşdığı video ilə bağlı qeyd edib ki, "bizim polislər sadəcə inəklərdən qorxaraq ağaclar olan kölgəli ərazidən aşağı düşüblər".

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Etiraz  





Xəbər lenti