"Polis bizi vəhşicəsinə döyür" - Aksiyada saxlanılan 31 ermənidən biri

      "Polis bizi vəhşicəsinə döyür"    - Aksiyada saxlanılan 31 ermənidən biri
  02 May 2024    Oxunub:1178
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Ermənistanın Azərbaycanla sərhəd kəndi olan Kirantsda vəziyyət gərginləşib.
Polis etiraz aksiyası keçirərək delimitasiya prosesinə mane olan 31 radikalı saxlayıb.

96 yaşlı erməni aksiyada döyüldü - VİDEO
Kənd sakini Rudik Avalyan Sputnik Armeniya-ya açıqlamasında deyib ki, polis kirantslılaları saxlayan zaman kobud şəkildə güc tətbiq edib. O, özünün də vəhşicəsinə döyüldüyünü deyib.

“Polislərin sayı çox idi. Müqavimət göstərməsəm də, məni vurdular və maşına sürüyərək apardılar”, - döyülən erməni gileylənib. Avalyan ağır bədən xəsartələri aldğını iddia edir.

Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin aprelin 19-da keçirilən delimitasiyası üzrə Dövlət Komissiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti