Monteneqroda 7 saatlıq iş günü tətbiq olunacaq

Monteneqroda 7 saatlıq iş günü tətbiq olunacaq
  30 Aprel 2024    Oxunub:579
Monteneqronun əmək və əhalinin sosial müdafiəsi naziri Naida Nişiç ilin sonunadək ölkədə yeddi saatlıq iş gününün tətbiqi planlarını açıqlayıb.
AzVision.az xəbər verir ki, o, bu barədə Monteneqronun "RTCG" ictimai yayımına müsahibəsində bildirib.

Qeyd edək ki, iş həftəsinin 40 saatdan 35 saata endirilməsi ideyası ötən il Monteneqronun yeni prezidenti Yakov Milatoviçin “Europe Now” partiyası tərəfindən parlament seçkiləri ərəfəsində irəli sürülüb.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti