Mağazadan oğurluq edən şəxs tutuldu

Mağazadan oğurluq edən şəxs tutuldu
  04 Yanvar 2019    Oxunub:1448
Şəmkirdə mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 30-da rayon ərazisindəki mağazaların birindən 850 manat, enerji içkisi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini Ömər Məmmədov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Şəmkir   Oğurluq  





Xəbər lenti