Bernard Hill vəfat etdi
Hill aktyorluq karyerasına 1976-cı ildə BBC-nin serialı olan "I Claudius" ilə başlayıb. O, ilk dəfə 1982-ci ildə başqa bir televiziya serialı olan "Boys from the Blackstuff"dakı rolu ilə məşhurlaşıb.
1997-ci ildə aktyor Ceyms Kemeronun "Titanik" filmində kapitan obrazını canlandırıb. Hillin ən məşhur rolu Piter Ceksonun "Üzüklərin hökmdarı" trilogiyasında Kral Teodendir. O, karyerası ərzində 100-dən çox film və serialda rol alıb. Hill son rolunu “Gecə zəngləri” serialında oynayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: