Şahmatçılarımız 125 min dollar qazana bilərlər

Şahmatçılarımız 125 min dollar qazana bilərlər
  04 May 2024    Oxunub:713
Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Dubai Police Global Chess Challenge” şahmat turniri başlayır.
Məlumata görə, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq.

Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321) iştirak edəcəklər. B kateqoriyasında Ayan Allahverdiyeva (2152) və Kamal İsfəndiyarlı (1836) rəqibləri ilə üz-üzə gələcəklər.

18 yaşadək şahmatçılardan isə Məhəmməd Kazımzadə və Elşad Yusif Əliyev çıxış edəcəklər.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək yarış doqquz turdan ibarət olacaq. Ümumi mükafat fondu 125 000 dollar olan turnir mayın 13-də başa çatacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti