Tovuz sakini həmkəndlisinin avtomobilini qaçırıb

Tovuz sakini həmkəndlisinin avtomobilini qaçırıb
  04 Yanvar 2019    Oxunub:1865
Tovuz rayonunun Abulbəyli kəndi ərazisindən kənd sakini Qabil Bayramova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, hadisə yanvarın 3-də qeydə alınıb.

Tovuz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mehdiyev Gədəbəy rayonunun ərazisində avtomobillə birgə saxlanılıb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Tovuz  





Xəbər lenti