Polad Həşimov haqqında kitab nəşr olunub

Polad Həşimov haqqında kitab nəşr olunub
  03 Avqust 2020    Oxunub:5935
Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimov haqqında kitab nəşr olunub.
Azvision.az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu məlumat verib.

“Qanun” nəşriyyatı tərəfindən çap olunan "Polad Generalımız" adlı kitabın "Ön sözü"nün müəllifi də Ş. Xuduoğludur.

“Kitabı sabahdan nəşriyyatdan əldə edə bilərsiz. Kitabı 2000 ədəd tam rəngli nəşr etdik, pulsuzdur. Çox istərdim ki, məktəblilər, gənclər əldə etsin”, - Ş. Xuduoğlu bildirib.

Azvision.az


Teqlər: General   Polad-Həşimov   Kitab  





Xəbər lenti