Gimnastlarımız Bakıdakı turnirdə gümüş medal qazanıblar

Gimnastlarımız Bakıdakı turnirdə gümüş medal qazanıblar
  29 Mart 2025    Oxunub:908
Azərbaycanın yeniyetmə bədii gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində gümüş medal qazanıblar.
AzVision.az xəbər verir ki, Azadə Atakişiyeva və Şəms Ağahüseynova komanda hesabında II yeri tutublar.

"Azərbaycan-1" komandası dörd çıxışın yekununda 100.000 xalla mükafatçılar sırasına düşüb. Qazaxıstan (100,700) I, Gürcüstan (94,950) III yeri tutub.

Dörd yeniyetmə gimnast finala vəsiqə qazanıb. Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə təsnifat mərhələsinin qalibi olub, Fidan Qurbanlı da bu yarışda ilk səkkizliyə düşüb. Şəms Ağahüseynova lentlə təsnifatda II, Fidan Qurbanlı isə IV yerdən finala yüksəlib.

Beynəlxalq turnir martın 30-da başa çatacaq.

AzVision.az


Teqlər: idman  





Xəbər lenti