WSJ: “Kiyev Vaşinqtonun təklifinə razı olmaycaq”

“Problem Ukraynanın, demək olar ki, bu şərtləri qəbul edə bilməyəcəyindədir. Gözləntilərin uyğunsuzluğu ABŞ və Ukraynanı prezident Trampın Kiyevi Rusiya ilə mübarizəsində dəstəkləmək müqabilində əldə edə biləcəyi yeni münaqişə raunduna hazırlayacaq”, - qəzet yazır.
Nəşr xatırladır ki, Donald Trampın fevralın əvvəlində Ukraynanın nadir metalları ilə bağlı açıqlaması Vaşinqtonun Ukraynanın metallar, neft, qaz və digər təbii sərvətlər üzrə iqtisadi layihələrindən, habelə limanlar və boru kəmərləri daxil olmaqla infrastruktur layihələrindən gəlir əldə etmək planına çevrildi.
Dünən Ali Radanın deputatı Aleksey Qonçarenko Ukrayna və ABŞ arasında nadir torpaq ehtiyatlarına dair sazişin Vaşinqtondan Kiyev üçün təhlükəsizlik zəmanətini nəzərdə tutmadığını açıqlayıb. Onun sözlərinə görə, saziş yalnız deklarativ şəkildə tərəfdaşlığı təsdiqləyir, lakin ABŞ-nin Ukraynanı müdafiə etmək öhdəliyi ehtiva olunmur.
Sahil İsgəndərov
AzVision.az