Almaniyada ABŞ raketlərinə qarşı aksiya keçirilib

Almaniyada ABŞ raketlərinə qarşı aksiya keçirilib
  31 Mart 2025    Oxunub:1241
Almaniyanın mərkəzi hissəsində yerləşən Visbadendə Amerikanın orta və qısa mənzilli raketlərinin ölkə ərazisində yerləşdirilməsinə qarşı aksiya keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə “Wiesbadener Kurier” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, nümayişdə 1000-ə yaxın insan iştirak edib.

Nümayişçilər əllərində irimiqyaslı silahlanmaya qarşı şüarlar yazılmış plakatlar daşıyıb və beynəlxalq həmrəyliyə çağırıblar.

Nümayiş dinc xarakter daşıyıb.


Teqlər: Almaniya   ABŞ  





Xəbər lenti