DİN: “Ötən gün 70 cinayətin üstü açılıb”

 DİN:  “Ötən gün 70 cinayətin üstü açılıb”
  15 Noyabr 2025    Oxunub:957
Noyabrın 14-də ölkə polis əməkdaşları ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılmasını təmin ediblər.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, həmçinin axtarışda olduğuna görə ümumilikdə 241, o cümlədən borclu şəxs qismində axtarışda olan 208, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 22,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 11 fakt müəyyən edilib. Polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 9 tüfəng, 3 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər də saxlanılıb.

AzVision.az


Teqlər: DİN   cinayətlər   saxlanmalar  



Xəbər lenti