Lavrov: "Ermənistan müttəfiqimizdir"

   Lavrov:    "Ermənistan müttəfiqimizdir"
  19 Aprel 2024    Oxunub:630
"Rusiya Ermənistanı özünün hüquqi müttəfiqi hesab edir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik" radiosu, “Qovorit Moskva” və “Komsomolskaya pravda”ya müsahibəsində deyib.

Lavrovdan sülhlə bağlı maraqlı açıqlama
Rusiya XİN rəhbərinin sözlərinə görə, İrəvan və Moskva təkcə hüquqi müttəfiqlər sayılmırlar: "Bu ölkədə Moskvanın Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafı üçün əhəmiyyətini anlayanlar var".

Diplomat İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) incik düşməsinə də münasibət bildirib. O xatırladıb ki, "Ermənistanın özü Azərbaycanla sərhədi hələ də delimitasiya etməyib".

Lavrov müsahibəsində onu da deyib ki, Rusiya dava və hərbi toqquşmalardan çox, danışıqlar yoluna üstünlük verir. Bunu prezident Vladimir Putin də həmişə xatırladır.

O, NATO mövzusuna da toxunub. Nazir qeyd edib ki, NATO-nun Ukrayna vasitəsilə Rusiya sərhədlərinə yaxınlaşmaq cəhdləri uğursuzluğa məhkumdur:
“Əgər onlar özləri (Şimali Atlantika Alyansı ölkələri - red.) NATO-nun sərhədlərini bizim sərhədlərimizə yaxınlaşdırmaq istəsələr, o zaman Ukraynada buna imkan verməyəcəyik”, - Lavrov qeyd edib.
AzVision.az



Teqlər:   Ermənistan   Lavrov  





Xəbər lenti