VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib

   VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
  02 May 2024    Oxunub:574
Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi baş tutub.
AzVision.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, ISESCO-nun baş direktoru Səlim Əl-Malik, BMT Turizm Təşkilatının baş icraçı direktoru Zoritsa Uroşevi və BMTSA-nın direktoru Nihal Saad çıxış edib.

"Bu forum vasitəsilə dünyaya mesaj çatdırmaq istədik. Mesaj ondan ibarət idi ki, mədəniyyətlərarası dialoqla bir çox məsələnin həllinə töhfə verə bilərik", - mədəniyyət naziri bildirib.

ICESCO-nun Baş direktoru Səlim Əl-Malik çıxışı zamanı tədbirin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü çatdıraraq söyləyib ki, sülhün qorunması üçün əməkdaşlıq imkanlarının araşdırılması və səylərin gücləndirilməsinə çalışılacaq.

BMT Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroşevi da Azərbaycan hökumətinə təşəkkürünü bildirib:

"Burada bir incəsənət məbədində görüşdük. Mənə elə gəlir ki, bu tədbir ən düzgün vaxt və düzgün məkanda həyata keçirildi".

BMTSA-nın direktoru xanım Nihal Saad isə deyib ki, mədəniyyətin aparıcı rolu danılmazdır:

"Mədəniyyətlərarası dialoq bir günlük məsələ deyil, həyat tərzidir. Forumların əksəriyyətində problemlər barədə çağırışlar eşidirik. Bu forumda isə problemləri müəyyən etdik, həmçinin onların əsas səbəblərinin diaqnostikasını apardıq. Ümid edirəm, burada iki gündə əldə olunan nəticələri dəyərləndirəcək və davam etdirəcəyik. Gələcəkdə bu forumda gənclərə daha çox yer ayrılacağına ümid edirəm".

"Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edib. 100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində 10 panel müzakirə və 4 plenar sessiyanın keçirilib.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, BMT-nin Svilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutub.

AzVision.az


Teqlər: VIMədəniyyətlərarasıDialoqForumu  





Xəbər lenti