Badmintonçularımız Olimpiya Oyunlarına lisenziya qazanıblar

Badmintonçularımız Olimpiya Oyunlarına lisenziya qazanıblar
  30 Aprel 2024    Oxunub:1209
Azərbaycanın iki badmintonçusu "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
AzVision.az xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının açıqladığı reytinq cədvəlinə əsasən, Edi Reski Dviçayo və Keyşa Fatimə Zəhra adıçəkilən yarışda iştirak hüququna yiyələniblər.

Dviçayo reytinqdə 28-ci, Zəhra isə 31-ci yerdə qərarlaşıb.

Beləliklə, ölkəmizin olimpiya lisenziyalarının sayı 20-yə çatıb.

AzVision.az


Teqlər: idman   badminton   Olimpiada  





Xəbər lenti