İlk robot stüardessa

   İlk robot stüardessa
  30 Aprel 2024    Oxunub:2031
“Qatar Airways” aviaşirkəti Dubayda süni intellekt texnologiyası ilə təchiz edilmiş dünyada ilk insanabənzər stüardessa nümayiş etdirib.
Robot stüardessaya “Arabian Travel Market” beynəlxalq turizm sərgisində rast gəlmək olar. Sama 2.0 robot stüardessa real vaxt rejimində suallara cavab verir, səyahətçilərə səfəri planlaşdırmağa kömək edir, eləcə də aviaşirkətin fəaliyyəti barədə tez-tez verilən suallara cavablandırır.

Sərginin ziyarətçiləri, həmçinin Sama 2.0 ilə aviaşirkətin “QVerse” rəqəmsal platforması və onun tətbiqi vasitəsilə virtual şəkildə qarşılıqlı əlaqə yarada bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti