Xankəndidə məktəb və kollecin zirzəmilərindən silah-sursat tapılıb

 Xankəndidə məktəb və kollecin zirzəmilərindən silah-sursat tapılıb
  24 Mart 2024    Oxunub:723
Xankəndi şəhərində məktəb və Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, 4 pulemyot, 7 qumbara, 6 tüfəng, 52 patron darağı, 5 alışdırıcı, 5014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti