Türkiyədə batan qayıqdan 13 qanunsuz miqrant xilas olunub

Türkiyədə batan qayıqdan 13 qanunsuz miqrant xilas olunub
  15 Aprel 2024    Oxunub:642
Türkiyənin Muğla vilayətinin Fəthiyyə rayonu sahillərində Yunanıstan tərəfindən geri qaytarılması nəticəsində batan qayıqdan 13 qanunsuz miqrant (1-i uşaq) xilas olunub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Hadisə yerinə xilasetmə qüvvələri göndərilib.

Sudan çıxarılan qanunsuz miqrantlar Vilayət Miqrasiya İdarəsinə təhvil veriliblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   hadisə   qanunsuz-miqrantlar  





Xəbər lenti